Rusiya Ukraynaya 60-dan çox raket atıb

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə 60-dan çox raket atdığını açıqlayıb.

1919972
Rusiya Ukraynaya 60-dan çox raket atıb

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə 60-dan çox raket atdığını açıqlayıb.

Y.İqnat Rusiya qüvvələrinin Xəzər dənizi və Qara dənizdən raketlər atdığını bəyan edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının nümayəndəsi Mixail Şamanov isə Rusiya ordusunun paytaxt Kiyev və ətrafına atdığı 40 raketdən 37-nin havada məhv edildiyini açıqlayıb.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Kiyevdən kənarda Xarkov, Xerson, Kriviy Rox şəhərləri və ətraf yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində dinc sakinlər həyatını itirib və yaralanıb.

Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Kiyevdə içməli su və elektrik enerjisi kəsilib.

Weyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko səhər tezdən verdiyi açıqlamada şəhərin Desyanskiy, Dniprovski və Qoloseyevski rayonlarında partlayışlar baş verdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr