Rusiya Kiyevə hava zərbələrini davam etdirir

Rusiya Ukraynanın paytaxtı Kiyevə hava zərbələrini davam etdirir.

1919861
Rusiya Kiyevə hava zərbələrini davam etdirir

Rusiya Ukraynanın paytaxtı Kiyevə hava zərbələrini davam etdirir.

Kiyev meri Vitali Kliçko özünün "Telegram" hesabındakı paylaşımında Rusiyanın Kiyevin Desnyanski, Dniprovski və Holosiyivski rayonlarını vurduğunu açıqlayıb.

Kliçko ictimaiyyəti sığınacaqlarda qalmağa çağırıb.

"Bütün xətlərdə metronun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Yeraltı stansiyalar sığınacaq kimi fəaliyyət göstərir. Hava hücumu xəbərdarlığı davam edir. Lütfən, sığınacaqlarda qalın", - o bildirib.

Kliçko paytaxtın hər yerində enerji infrastrukturuna ziyan dəydiyi üçün suyun verilməsində fasilələr olduğunu qeyd edib. 

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr