Rusiyadan yeni raket sınağı

Rusiya Qazaxıstandakı Sarı Şaqan poliqonundan yeni raket buraxıb.

1914004
Rusiyadan yeni raket sınağı

TRT xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, Qazaxıstanın Sari Şaqan poliqonunda Rusiya hava və raketdən müdafiə bölmələrinin döyüş komandası tərəfindən yeni raket sınağı həyata keçirilib.

Qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə sistemi üçün həyata keçirilən raket sınağı uğurlu olub və raket müəyyən edilən hədəfi vurub. Raketin xüsusiyyətlərinə dair məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr