"Gələn il ordu strateji nüvə qüvvələri üçün tikinti layihələrinə üstünlük verəcək", S.Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvada nazirlik rəsmiləri ilə görüş keçirib.

1913043
"Gələn il ordu strateji nüvə qüvvələri üçün tikinti layihələrinə üstünlük verəcək", S.Şoyqu

"Gələn il ordu strateji nüvə qüvvələri üçün tikinti layihələrinə üstünlük verəcək".

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvada nazirlik rəsmiləri ilə görüşdə etdiyi çıxışda deyib. 

Qismən səfərbərlik çərçivəsində orduya cəlb edilən ehtiyatda olan əsgərlərin təqribən 3 min mütəxəssis tərəfindən Rusiya və Belarusdakı 100-dən çox atıcılıq poliqonunda təlim keçdiyini bildirən Şoyqu deyib:

“2 ay ərzində könüllülər də daxil olmaqla 300 mindən çox ehtiyatda olan əsgər hazırlanıb. Təlim mərkəzlərində 8 minə yaxın döyüş maşını, tank, artilleriya sistemi, pilotsuz uçuş aparatı, elektron döyüş sistemləri, hava hücumundan müdafiə vasitələri və radio heyəti yerləşdirilib. Əsgərlər həm müstəqil olaraq, həm də birliklərin bir hissəsi olaraq mühabirə vəzifəsini uğurla yerinə yetirməsi üçün lazım olan məlumat və qabiliyyətlərlə tchiz olundu". 
Görüşdə nüvə qüvvələri ilə bağlı gələn il üçün nəzərdə tutulan tikinti layihələrini də müzakirə edəcəklərini qeyd edən Şoyqu onu da əlavə edib ki, artıq Strateji Raket Qüvvələrinin 5 birləşməsində yeni raket komplekslərinin yerləşdirilməsi üçün infrastruktur obyektlərinin tikintisi təmin edilib.

Rusiyanın müdafiə naziri onu da bildirib ki, 2023-cü ildə ordunun ehtiyacları üçün tikinti layihələri hazırlanarkən strateji nüvə qüvvələrinin maraqlarına uyğun tikintilərə xüsusi diqqət yetiriləcək.



Әlaqәli Xәbәrlәr