İranda etirazçılara ikici ölüm hökmü çıxarılıb

İranda etiraz aksiyalarında iştirak edənlərə qarşı keçirilən məhkəmələrdə ikinci ölüm hökmü çıxarılıb.

1906892
İranda etirazçılara ikici ölüm hökmü çıxarılıb

Paytaxt Tehranda Məhsa Emininin həbsdə ölümündən sonra başlayan etiraz aksiyalarına qatılan və “iğtişaş törətməkdə” günahlandırılan bir çox nümayişçinin məhkəməsi davam edərkən, Tehran İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib.

TRT xəbər verir ki bu barədə İran Ədliyyəsi yanında Mizan Xəbər Agentliyi məlumat yayıb.

“Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejeinin təlimatına görə İstintaq prosesi ədalət və qanun əsasında sürətlə başlayıb, müttəhimlərin mühakiməsi davam edir”.

Bazar günü Tehran İnqilab Məhkəməsi tərəfindən müttəhimlərdən birinin edam cəzasına məhkum edildiyi, 5 müttəhimə isə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası verildiyi xatırladılan məlumatda, Tehran İnqilab Məhkəməsinin daha 1 nümayişçini edama məhkum etdiyi bildirilib. Beləcə edama məhkum edilən aksiyaçı sayı ikiyə yüksəlib.



Әlaqәli Xәbәrlәr