İranda nümayişlər davam edir

İranda 22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlər noyabrın 3-də də bir sıra şəhər və universitetlərdə davam edib

1901728
İranda nümayişlər davam edir

 

  İranda 22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlər noyabrın 3-də də bir sıra şəhər və universitetlərdə davam edib.

  Tehran Tibb Elmləri Universitetinin bir qrup tələbəsi şəhərdəki İmam Xomeyni adına xəstəxanada nümayiş keçirib.

  Sistan-Bəlucistan Elm və Mədəniyyət ilə Şiraz Tibb Elmləri universitetlərində tələbələr oturaq aksiya ilə birlikdə yürüş edərək rəhbərliyə reaksiya göstəriblər.

  Paytaxt Tehranın qərb hissəsində keçirilən nümayişlərdə şüarlar səsləndirilib.

  Bu arada, Mazenderan əyalətinin Novşehr şəhərində Məhsa Əmini etirazlarında həyatını itirən Hənanə Keyanın ölümünün 40-cı günü ilə əlaqədar mərasim keçirilib. Çox adamın iştirak etdiyi tədbirdə hökumət əleyhinə şüarlar səsləndirilib.

  Kürdüstan əyalətinin mərkəzi olan Senendecdə sahibləri etirazlara dəstək bildirmək üçün sahiblər dükanlarını 1 günlüyə bağlayıblar. Firdovsi küçəsində toplaşan izdihamlı qrup isə şüarlar səsləndirərək yürüş ediblər. Axşam saatlarında şəhərin Baharan rayonunda nümayişçilər od yandıraraq yolu nəqliyyatın hərəkətinə bağlayıblar. Şəhərdə motorlu patrul xidmətində olan asayiş keşikçiləri nümayişçilərə qaz sıxıblar, vaxtaşırı atəş səsləri eşidilib.

  Xatırladaq ki, sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi xalqın hiddətinə səbəb olub. Sentyabrın 17-də Əmininin doğulduğu Sakkızda dəfn olunmasından sonra başlayan nümayişlər İranın bir çox şəhərinə yayılıb.

  Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində nümayişlərdə həyatını itirənlərin sayının 253-ə yüksəldiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr