“Mən burada özümü evdəki kimi hiss edirəm", İ.Əliyev

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib

1896865
“Mən burada özümü evdəki kimi hiss edirəm", İ.Əliyev

 

  “Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük”, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

  İ.Əliyev deyib: “Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar.

  Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik.

  Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstan bir-birini daim dəstəkləyir. Eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.”

  Gürcüstanın baş naziri İrakli Qaribaşvili ortaq mətbuat konfransında öz növbəsindəki çıxışında deyib: “Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə söykənir. Əminəm ki, hazırkı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha yüksək səviyyəyə qalxacaq.

  Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfə verib.”



Әlaqәli Xәbәrlәr