SNHR: ''Bəşər Əsəd rejimi üç mindən çox fələstinli qaçqını qətlə yetirib''

Bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) dərc etdiyi hesabatda bildirilib.

1896172
SNHR: ''Bəşər Əsəd rejimi üç mindən çox fələstinli qaçqını qətlə yetirib''

Bəşər Əsəd rejimi 3000-dən çox fələstinli qaçqını öldürüb, onlardan bəziləri işgəncələrə məruz qalıb.
Bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) dərc etdiyi hesabatda bildirilib. Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bu yana Bəşər Əsəd rejiminin həyata keçirdiyi hücumlarda 352-si uşaq, 312-si qadın olmaqla 3207 fələstinli mülki vətəndaşın işgəncələrlə qətlə yetirildiyi bildirilib.
Suriya İnsan Haqları Şəbəkəsi 21-i uşaq, 28-i qadın olmaqla 2721 fələstinli qaçqının hələ də Əsəd rejiminin həbsxanalarında olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr