İraq parlamenti ölkənin yeni prezidentini seçib

İraqda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid prezidentliyə seçilib.

1892607
İraq parlamenti ölkənin yeni prezidentini seçib

İraqda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid prezidentliyə seçilib.

Parlamentdə keçirilən iclasın ikinci turunda 269 deputatdan 162-nin səsini toplayan Rəşid prezident olub.

Əbdüllətif Rəşid Məhəmməd əl-Sudanini ölkə hökumətinin başçısı təyin edib.

Əl-Sudaninin Baş nazir postuna namizədliyini parlamentdə ən böyük siyasi blok sayılan “Koordinasiya Qüvvələri” təqdim edib.

Keçmiş Baş nazir Mustafa əl-Kazımi bütün siyasi qüvvələri hökumətin formalaşmasında əməkdaşlığa çağırıb. Əl-Sudani yeni hökumətin tərkibini yaxın günlərdə təqdim edəcək.



Әlaqәli Xәbәrlәr