Zelenski Rusiyanı Ukraynada dinc əhaliyə qarşı terror aktları təşkil etməkdə ittiham edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı Ukraynada dinc əhaliyə qarşı terror aktları təşkil etməkdə ittiham edib.

1890547

Volodimir Zelenski "Telegram" hesabında paylaşdığı videomüraciətdə Rusiya qüvvələrinin Ukraynanın cənub-şərqindəki Zaporojya şəhərinə son hücumlarına münasibət bildirib.

Zelenski bəyan edib ki, Rusiya qüvvələrinin oktyabrın 3-dən Zaporojyeyə həyata keçirdiyi raket hücumları nəticəsində 43 nəfər həlak olub:

"Ukraynanın Xarkov, Donbas və digər şəhərlərinə də hücumlar olub. Hücumlar İran istehsalı olan dronlarla həyata keçirilib".

Rusiya qüvvələrinin Ukraynada mülki vətəndaşları və mülki infrastrukturu hədəfə aldığını bildirən Zelenski deyib:

“Mülki əhaliyə qarşı davamlı terror Rusiyanın real danışıqlardan qəti şəkildə imtina etməsidir. Terror cəzalandırılması lazım gələn cinayətdir. Dövlət səviyyəsində terror dünyada ən dəhşətli beynəlxalq cinayətlərdən biridir və təkcə bir insanı deyil, bütün beynəlxalq ictimaiyyəti təhdid edir".

Әlaqәli Xәbәrlәr