Ukraynanın dörd ayrı bölgəsində keçirilən “referendum”un nəticələri açıqlanıb

Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb.

1885394
Ukraynanın dörd ayrı bölgəsində keçirilən “referendum”un nəticələri açıqlanıb

Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb.

Sentyabrın 23-dən 27-dək adı çəkilən ərazilərdə Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı “referendumlar” keçirilib.

Regionlardakı qondarma seçki komissiyalarının qeyri-müəyyən məlumatlarına görə, qondarma Luqansk Xalq Respublikasında səslərin 100 faizi hesablanıb. Seçicilərin 98,42 faizi Rusiyaya birləşməyə səs verib.

Bildirilib ki, qondarma Donetsk Xalq Respublikasında səslərin 56,85 faizi hesablanıb və onların 94,75 faizi Rusiyaya birləşməyə səs verib.

Bütün səslər Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində də hesablanıb. Referendumda iştirak edənlərin 87,05 faizi Rusiyanın tərkibinə daxil olmağın lehinə səs verib.

Zaporojye vilayətində isə bütün səslərin sayıldığı və seçicilərin 93,11 faizinin Rusiyaya birləşməyə səs verdiyi bildirilib.

Referendum nəticəsinə görə, “bütün regionlarda yüksək fəallıq təmin edilib, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi azı 87% təşkil edib”.



Әlaqәli Xәbәrlәr