Pakistanda difteriya xəstəliyindən ölənlərin sayı artır

Pakistanın Sind əyalətində güclü yağışların səbəb olduğu daşqınlardan sonra difteriya sürətlə yayılmağa başlayıb.

1885049
Pakistanda difteriya xəstəliyindən ölənlərin sayı artır

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə Sind əyalətində son iki ayda 39 difteriya hadisəsi qeydə alınıb. 10 uşaq isə xəstəlik səbəbi ilə həyatını itirib. Səlahiyyətlilərə görə vaksinasiya başda olmaqla lazımlı tədbirlərin görülməməsi halında xəstəlikdən ölənlərin sayı sürətlə artacaq.

Xatırladaq ki, Pakistanda iyunun 14-dən bəri yağan musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 1638 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr