İraqda terror tәşkilatı DEAŞ-ın 6 üzvü saxlanılıb

İraqın Kәrkük şәhәrinin cәnubunda tәhlükәsizlik qüvvәlәri tәrәfindәn hәyata keçirilәn әmәliyyat nәticәsindә daha әvvәl qanlı hücumlar törәdәn altı DEAŞ üzvü saxlanılıb.

1870230

Bu barәdә İraqın Milli Tәhlükәsizlik İdarәsi mәlumat yayıb. Mәlumatda әmәliyyat zamanı axtarışda olan altı DEAŞ üzvünün saxlanıldığı bildirilib. Saxlanılan terrorçuların Kәrkük ilә Bağdad arasındakı әrazidә mövcudluqlarını davam etdirdiklәri qeyd olunub.

Terror tәşkilatı DEAŞ 2014-cü ildә İraqın Mosul, Sәlahәddin vә Enbar vilayәtlәri ilә Diyala vә Kәrkük şәhәrlәrinin bir hissәsini nәzarәtinә keçirmişdi. Hәmin bölgәlәr daha sonra  tәhlükәsizlik qüvvәlәri tәrәfindәn terrorçulardan tәmizlәnmişdi.

İraqın keçmiş Baş naziri Heydәr Әl-İbadi 2017-ci ilin dekabr ayında DEAŞ-ı mәğlub etdiklәrini açıqlamışdı. Buna baxmayaraq terror tәşkilatı bu bölgәlәrәdә vaxtaşırı hücumlar törәdir.

Әlaqәli Xәbәrlәr