Ukraynada Rusiya qüvvələrinin hücumu nəticəsində mülki əhalidən ölənlər olub

Marqanets şəhərinə Rusiya qüvvələrinin avqustun 10-da təşkil etdiyi raket və artilleriya hücumları nəticəsində 10-dan çox adamın həyatını itirdiyi bildirilib.

1866297
Ukraynada Rusiya qüvvələrinin hücumu nəticəsində mülki əhalidən ölənlər olub

Ukraynanın Dniptopetrovsk bölgəsindəki Marqanets şəhərinə Rusiya qüvvələrinin avqustun 10-da təşkil etdiyi raket və artilleriya hücumları nəticəsində 10-dan çox adamın həyatını itirdiyi bildirilib.

Marqanets Bələdiyyə Başçılığının katibi Anatoli Derkaç “Raket və artilleriya hücumları nəticəsində 10-dan çox insan həyatını itirib, 11-dən çox insan yaralanıb” deyib.

Hücumların mülki əhalinin yaşadığı yerlərdə həyata keçirildiyini ifadə edən Derkaç Marqanets Rusiyanın ilk bombaladığı yerlərdən biri olduğunu da bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı hücuma keçib.



Әlaqәli Xәbәrlәr