Tunisdə referenduma çıxarılan yeni konstitusiya qəbul edildi

Tunisdə 25 iyulda keçirilən konstitusiya referendumunun ilk nəticələri açıqlanıb

1859919
Tunisdə referenduma çıxarılan yeni konstitusiya qəbul edildi

 

TRT-nin Müstəqil Ali Seçki Şurasına istinad etdiyi xəbərinə görə seçicilərin 30 faizi səsvermədə iştirak edib.

Referendumda iştirak edən 2 milyon 630 min 94 seçicinin 94,6 faizinin “lehdə” səs verib.

Seçki Şurasının İdarə Heyətinin sədri Faruk Buaskerdedi: “Müstəqil Ali Seçki Şurası Tunis Respublikası üçün yeni konstitusiya layihəsinin qəbul edildiyini elan edir”.

Tunis Prezidenti Kays Səid 2021-ci il iyulun 25-də Assambleyanın işini dayandıraraq deputat toxunulmazlığını ləğv edib, 22 sentyabr 2021-ci il tarixində isə yeni fərmanlarla səlahiyyətlərini genişləndirərək icra orqanını tamamilə ona tabe edib.

Yarımparlamentar sistemi ehtiva edən, 2014-cü il konstitusiyasını əvəz edəcək yeni konstitusiya prezidentə geniş səlahiyyətlər verən 142 maddədən ibarətdir.

Prezidentə nəzarət mexanizminin yer almadığı yeni konstitusiyada hökumətin başçısını və üzvlərini prezident təyin edə biləcək.

Yeni konstitusiya layihəsinə görə, Tunis Xalq Assambleyasından başqa, “Regional və Yerli Milli Şura” adlı ikinci bir məclis yaradılacaq.



Әlaqәli Xәbәrlәr