Putin dialoqa açıq olduqlarını bildirib

V.Putin X Sankt-Peterburq Beynəlxalq Forumuna videomüraciətində çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşması prosesinin davam etdiyini bildirib.

1850378
Putin dialoqa açıq olduqlarını bildirib

Rusiya Prezidenti Vladimir Putin strateji sabitliyin təmin edilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması sahələrində dialoqa açıq olduqlarını bəyan edib.

Putin X Sankt-Peterburq Beynəlxalq Forumuna ünvanladığı videomüraciətində çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşması prosesinin davam etdiyini bildirib.

“Dünyada demokratik və ədalətli sistemin qarşılıqlı hörmət, etimad və qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatının prinsipləri üzərində qurulmalı olduğunu” vurğulayan Putin “Rusiya strateji sabitliyin təmin edilməsi, kütləvi silahların yayılmasının qarşısının alınması ilə və silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üçün dialoqa açıqdır" deyib.

İqlim, aclıqla mübarizə, qida və enerji bazarlarında sabitlik, beynəlxalq bazarlarda ədalətli qaydalar və rəqabət kimi mövzularda səylərin birləşdirilməli olduğunu vurğulayan Putin bildirib ki, bütün bu sahələr kifayət qədər və çevik hüquqi tənzimləmə və bu istiqamətdə birgə iş tələb edir. Beləliklə, yaşayanların soyqırımdan qorunmasını məqsəd götürən Donbas kimi böhranlar yaranmayacaq.

Ukrayna administrasiyasının bəşəriyyətə qarşı cinayət törətdiyini müdafiə edən Putin qeyd edib ki, Rusiya bütün xalqların, mədəni və sivilizasiya müxtəlifliyinin qorunmasının təmin olunduğu daha demokratik və ədalətli dünyanın yaradılması üçün səylərini davam etdirəcək.

Putin “Əminəm ki, beynəlxalq hüquq normaları çərçivəsində daim fəaliyyət göstərmək və birgə fəaliyyət göstərməklə dünyanın üzləşdiyi ən çətin problemləri həll etmək olar, dövlətlərin ardıcıl və sabit inkişafı təmin edilər” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr