Vladimir Putin müharibə başlayandan sonra xaricə ilk səfərini Tacikistana reallaşdırdı

Rusiya prezidenti Vladimir Putin: “Əfqanıstandakı bütün etnik qruplar ölkə administrasiyasında təmsil olunmalıdır”.

1849594
Vladimir Putin müharibə başlayandan sonra xaricə ilk səfərini Tacikistana reallaşdırdı

Prezident Putin bunu Fevralın 24-də Rusiya - Ukrayna arasında müharibə başlayandan sonra ilk xaricə səfərini reallaşdırdığı Tacikistanın paytaxtı Düşənbədə prezident Emomali Rəhmanla görüşü zamanı deyib.

Görüş zamanı Rusiya ilə Tacikistan arasında münasibətlərin yaxşılaşdığını və ilin ilk 3-4 ayında ikitərəfli ticarətin artımında “rekord”un olduğunu ifadə edən prezident Putin, təhlükəsizliklə bağlı məsələlərə üstünlük verdiklərinə diqqət çəkib. Əfqanıstan məsələsinə toxunub: “Əfqanıstanda vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Vəziyyəti nəzarətdə saxlayan qüvvələrlə əlaqələr qurmağa çalışırıq. Əfqanıstanın administrasiyasında bütün etnik qruplar təmsil olunmalıdır. Bunun reallaşması uğrunda lazımlı addımları atmaqda davam edəcəyik. Əfqanıstandakı bütün siyasi qüvvələrlə danışıqlar aparırırq. İyunan əvvəlində keçirilən 25-ci St. Peterburq Beynəlxalq İqtisadi Foruma Əfqan nümayəndə heyəti də qatıldı”-deyə Putin vurğulayıb.

Tacikistan prezidenti Rəhman da bəyan edib ki, Rusiya ölkəsinin aparıcı ticarət və iqtisadi tərəfdaşı olmaqda davam edəcək. İlin ilk 5 ayında qarşılıqlı ticarət dövriyyəsi təxminən 50 faiz artıb. Regionlar arasında əməkdaşlıq inkişaf edir. Rusiyanın 80-dən çox regionu Tacikistanla ticarət başda olmaqla bir çox sahədə əməkdaşlıq aparır deyən prezident Rəhman iki ölkə arasında təhlükəsizlik sahəsində intensiv əməkdaşlığın davam etdirildiyinə diqqət çəkib. Əfqanıstandakı vəziyyəti Putinlə müzakirə etməyə hazır olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr