Rusiya MN: İndiyədək Ukraynaya məxsus 211 qırıcı vurulub

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynada indiyədək 211 təyyarə, 132 helikopter, 3750 tank və zirehli texnikanın məhv edildiyini bildirib.

1847459
Rusiya MN: İndiyədək Ukraynaya məxsus 211 qırıcı vurulub

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynada indiyədək 211 təyyarə, 132 helikopter, 3750 tank və zirehli texnikanın məhv edildiyini bildirib.

Konaşenkov fevralın 24-də Ukraynada başlayan müharibədə Rusiya ordusunun əməliyyatları ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun ciddi itkilər verməkdə davam etdiyini iddia edən Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin 57-ci motoatıcı briqadası və 34-cü batalyonunun əsgərlərinin Mirnaya Dolina qəsəbəsi yaxınlığındakı Luqansk bölgəsində məğlub olduqlarını, iki gün ərzində 150-dən çox əsgərin həlak olduğunu, 450-dən çox əsgərin yaralandığını bildirib. 

Ukraynanın 30-cu Mexanikləşdirilmiş Briqada hissələrinin yarısının Donetskdəki Klinovoye qəsəbəsində məhv olduğunu ifadə edən Konaşenkov 170-dən çox əsgər və zabitin ağır yaralı olaraq döyüş meydanından təxliyə edildiyini dilə gətirib.

Rusiya Hava və Kosmik Qüvvələrinin yüksək dəqiqlikli raketlərlə  Mikolaiv bölgəsində anqarlarda xarici istehsal olan 49 yanacaq anbarı və 50 çoxlüləli reaktiv yaylım atəş sistemini məhv etdiyini bildirən Konaşenkov eyni bölgədəki 3 zirehli təmir bazasını da məhv etdiklərini bildirib. 

Rusiya hava döyüş taktiki birliklərinin Xarkov vilayətində Konstantinovka yaxınlığında 96 hərbi zona və səhra radar nöqtələrini vurduğunu ifadə edən Konaşenkov raket və artilleriya birləşmələrinin 364 ərazini atəşə tutduğunu və Kubanskiy adasında 155 mm-lik M-777 haubitsasını yüksək dəqiqlikli raketlərlə məhv etdiyini deyib.

Hərbi-hava qüvvələri, raket və artilleriya birləşmələrinin hücumları nəticəsində 650-dən çox Ukrayna millətçi qüvvəsinin zərərsizləşdirildiyini deyən Konaşenkov İlan adası daxil olmaqla Xerson, Xarkov, Donetsk və Luqansk bölgələrində müxtəlif nöqtələrdə Ukraynaya məxsus 21 pilotsuz uçuş aparatını vurduqlarını bildirib. 

Konaşenkov “211 təyyarə, 132 helikopter, 1329 pilotsuz uçuş aparatı, 349 hava hücumundan müdafiə raket sistemi, 3 min 750 tank və zirehli texnika, 647 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 2 min 88 haubitsa və minaatan, 3 min 818 xüsusi təyinatlı hərbi maşın yüksək dəqiqlikli raketlərlə məhv olub" deyib.



Әlaqәli Xәbәrlәr