Qazaxıstan prezidenti İranın ali dini lideri Əli Xamneyi ilə görüşüb

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev İranda rəsmi səfərdə olub. Cömert Tokayev və onu müşayiət edən nümayəndə heyəti səfəri çərçivəsində bu ölkənin ali dini lideri Əli Xamneyi ilə görüşüb.

1845621
Qazaxıstan prezidenti İranın ali dini lideri Əli Xamneyi ilə görüşüb

TRT-nin İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadla verdiyi xəbərə görə Prezident İbrahim Rəisinin də iştirakı ilə paytaxt Tehranda baş tutan görüşdə iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə olunub.

Ali dini liden Xamenei görüş zamanı İran və Qazaxıstan arasındakı tarixi və mədəni əlaqələrə diqqət çəkib. İki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədə regional miqyasda daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Siyasi və iqtisadi məsələlərdə münasibətləri inkişaf etdirmək üçün lazımlı addımların atılmasına töhfə verəcək birgə komissiyanın səfərbər olmalarının vacibliyini qeyd edib.

Fevralın 24-də başlayan Rus –Ukrayna müharibəsinə də toxunan dini lider: “Bu sahədə əsas problem qərblilərin NATO-nun əhatə dairəsini genişlətmək və imkan daxilində təsirlərini artırmağa cəhd etmələridir”.

Qazaxıstan Prezidenti Tokayev də görüşdən sonra verdiyi açıqlamada prezident rəisi ilə səmərəli danışıqlar apardığını və iki tərəfin imzaladığı sənədlərin İran və Qazaxıstan arasında əlaqələrin inkişafına ciddi töhfə verəciyinə inamının tam olduğunu deyib. İran və Qazaxıstan arasında tarixi və mədəni əlaqələrə toxunan Tokayev Xamneyinin İslam filosofu Farabi ilə bağlı elmi komitə yaratmaq təklifini yüksək qiymətləndirdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr