“Avropa layihəsi Ukraynasız tamamlana bilməz”, V.Zelenski

Qeyd edək ki, Aİ komissiyası Ukraynanın üzvlük müraciəti ilə bağlı qiymətləndirməsini iyunun 17-də açıqlayacaq

1841629
“Avropa layihəsi Ukraynasız tamamlana bilməz”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Avropa layihəsi Ukraynasız tamamlana bilməz.

  Paytaxt Kiyevdə Ukraynaya səfər edən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşən, təkbətək danışıqdan sonra mətbuata açıqlama verən V.Zelenski Ukraynanın Aİ-yə üzvlük prosesinə toxunaraq deyib: “Avropa layihəsi, şübhəsiz ki, Ukraynasız tamamlana bilməz.

  Von der Leyenin fikirləri bizim üçün çox vacibdir.

  İnanıram ki, yaxın gələcəkdə biz Ukrayna və Avropa İttifaqı arasında münasibətlərin yeni müstəvisində ünsiyyət quracağıq”.

  Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bundan əvvəl aprelin 8-də Kiyevə getmiş və ölkə prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.

  Qeyd edək ki, Aİ komissiyası Ukraynanın üzvlük müraciəti ilə bağlı qiymətləndirməsini iyunun 17-də açıqlayacaq.



Әlaqәli Xәbәrlәr