Aralıq dənizində Kıbrıs (Kipr) adasında 4,6 bal gücündə zəlzələ baş verib

Zəlzələ Türkiyənin Hatay, Adana, Mersin və Antalyada da hiss olunub.

1840775
Aralıq dənizində Kıbrıs (Kipr) adasında 4,6 bal gücündə zəlzələ baş verib

Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, yerli vaxtla saat 04:40-da Aralıq dənizində, Kıbrıs adasının şərqində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Dəniz səthinin 32,99 kilometr dərinliyində olan zəlzələnin episentrinin Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) Gazimağusa şəhərinin 4,54 kilometrliyində olduğu müəyyən edilib.

Sosial şəbəkədə yayılan xəbərlərə görə, zəlzələ Türkiyənin Hatay, Adana, Mersin və Antalya şəhərlərində də hiss olunub.



Әlaqәli Xәbәrlәr