UNICEF Ukraynada son bir ayda 100 uşağın öldüyünü bildirib

Rusiyanın fevralın 24-də başlatdığı müharibə səbəbindən son bir ayda Ukraynada 100-ə yaxın uşağın öldüyü bildirilir.

1826441
UNICEF Ukraynada son bir ayda 100 uşağın öldüyünü bildirib
Mariupol siviller (15).jpg

Rusiyanın fevralın 24-də başlatdığı müharibə səbəbindən son bir ayda Ukraynada 100-ə yaxın uşağın öldüyü bildirilir.

Bu barədə UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi BMT Təhlükəsizlik Şurasının iclası zamanı məlumat verib.

Məktəblərə edilən hücumlara və uşaqların təhsil hüququndan məhrum edilməsinə diqqət çəkən Abdi Ukraynada son bir ayda 100-ə yaxın uşağın öldüyünü qeyd edib.

Bu arada Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Riçard Mills Rusiyanın müharibə başlayandan bəri hər gün orta hesabla 22 məktəbi hədəf aldığını bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Rusiya ordusuna qarşı ittihamları rədd edərək, Ukraynada uşaqlara tarixin düzgün öyrədilmədiyini müdafiə edib.

Ukraynanın BMT-dəki səfiri Sergiy Kislytsya Rusiyanı ukraynalı uşaqları oğurlamaqda və qanunsuz övladlığa götürməkdə ittiham edib.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.



Әlaqәli Xәbәrlәr