Zelenski: "Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi müzakirə edildi"

Zelenski "Telegram" hesabında verdiyi açıqlamada Blinken və Ostinin kritik dövrdə reallaşdırdığı səfərinin Ukrayna üçün dəyərli və önəmli olduğunu qeyd edib.

1817475
Zelenski: "Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi müzakirə edildi"
Borodyanka Ukrayna3.jpg

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə səfər edən ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə ölkələrinə yardım və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdiklərini bildirib.

Zelenski "Telegram" hesabında verdiyi açıqlamada Blinken və Ostinin kritik dövrdə reallaşdırdığı səfərinin Ukrayna üçün dəyərli və önəmli olduğunu qeyd edib.

Zelenski ABŞ-a Ukraynaya göstərdiyi köməyə görə təşəkkür edib:

“Blinken və Ostinlə Ukraynaya müdafiə yardımı, maliyyə dəstəyi və təhlükəsizlik təminatlarını, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdik”. məlumat verdi.

Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arerestovic gecə saatlarında "Feigin Live" kanalında açıqlama verərək, Blinken və Ostinin Kiyevə getdiyini bildirib:

“Bu gün amerikalılar Kiyevdədir. Bəli, prezidentlə (Zelenski) görüşürlər”.



Әlaqәli Xәbәrlәr