İqor Konaşenkov: ‘‘Rusiya qüvvәlәri Ukraynanın atdığı ‘‘Toçka-U’’ raketini vurub’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Donetsk vilayətinə atdığı “Toçka-U” raketini vurduqlarını bildirib.

1815844

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Rusiya ordusu və separatçı qüvvələrin Kremennaya yaşayış mәntәqәsini nәzarәtinә aldığını bildirәn İqor Konaşenkov Rusiya hava qüvvәlәrinin gecә  radәlәrindә Ukrayna hәrbi qüvvәlәrinin Şnurki, Novonikolayevka və Aleksandrovka yaşayış məntəqələrindә toplandığı 20 ərazini məhv etdiyini bildirib.

Ukrayna güvvәlәrinin ölkәnin müxtәlif yaşayış mәtntәqәlәrindәki 1001 obyektini mәhv etdiyini bildirәn İqor Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin Donetsk bölgəsində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını və “Toçka-U” taktiki raketini vurduğunu qeyd edib.

‘‘Bu günə qədər Ukrayna ordusuna məxsus 140 təyyarə, 106 helikopter, 511 pilotsuz uçuş aparatı, 254 hava hücumundan müdafiə  sistemi, 2 min 410 tank və zirehli texnika, 262 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1046 haubitsa ilə minaatan vә  2 min 259 hәrbi maşın mәhv edilib’’,-deyә Ukrayna Müdafiә Nazirliyinin rәsmisi bildirib.

Әlaqәli Xәbәrlәr