Pakistanda yanğın,9 nəfər ölüb

Pakistanın Sind əyalətində bir kənddə baş verən yanğında 8-i uşaq olmaqla 9 nəfər həyatını itirib, 50 ev külə dönüb.

1815044
Pakistanda yanğın,9 nəfər ölüb

TRT-nin ölkə mətbuatına istidan etdiyi xəbərə görə, əyalətin Dadu rayonundakı kənddə bir evin mətbəxində yanğın baş verib. Sürətlə yayılan yanğında ilkin məlumatlara görə 8-i uşaq olmaqla 9 nəfər həyatını itirib, 50 ev yararsız hala düşüb. 160 baş təsərrüfat heyvanı tələf olub. Baş nazir Şahbaz Şərif kənd sakinlərinin yanğına vaxtında müdaxilə edilmədiyi iddialarına görə hadisə ilə bağlı istintaq başladılmasını tələb edib və yanğından zərər çəkənlərə yardım ediləcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr