Rusiyanın “Moskva” raket kreyserində partlayış olub

Qara dəniz donanmasının “Moskva” kreyseri yanğından sonra baş verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin ekipajı təxliyə edilib.

1812047
Rusiyanın “Moskva” raket kreyserində partlayış olub

TRT xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mnəlumat yayıb.

“Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib", - deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

 



Әlaqәli Xәbәrlәr