Rusiya Müdafiə Nazirliyi hərbi birləşmələrinin əməliyyatlarına dair bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada komanda mərkəzi və yanacaq çəninin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirib.

1807902
Rusiya Müdafiə Nazirliyi hərbi birləşmələrinin əməliyyatlarına dair bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada komanda mərkəzi və yanacaq çəninin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirib.

Nazirliyin sözçüsü Faruk Konaşenkov Rusiya hərbi birləşmələrinin Ukraynadakı müharibədə aprelin 5-dəki hərəkətləri ilə bağlı açıqlama verib.

Konaşenkov bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynadakı hərbi infrastruktur obyektlərinə hücumlarını davam etdirir.

Zoloçiv və Çuhuiv yaşayış məntəqələrində regional müdafiə birləşmələrinin komanda mərkəzi, yanacaq çəni və zirehli texnikanın təmir olunduğu zavod yüksək dəqiqlikli raketlərlə məhv edilib” məlumatını paylaşıb.

Ukraynada gün ərzində həyata keçirilən təyyarə hücumlarında 33 hərbi infrastruktur elementinin məhv edildiyini bildirən Konaşenkov əlavə edib ki, Ukrayna ordusuna aid 125 təyyarə və 93 helikopter, 403 pilotsuz uçuş aparat (PUA), 1981 tank və zirehli texnika, 854 ədəd haubitsa və minaatan və 1876 xüsusi hərbi maşın məhv edilib.

İqor Konaşenkov həmçinin Ukraynanın Mariupol şəhərində qarşıdurmaların davam etdiyini bildirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibə başlayandan bəri 620 mindən çox insanın təhlükəli bölgələrdən təxliyə edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr