Rusiya Müdafiə Nazirliyi bəyanat verib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Mikolayiv, Rivne və Ternopol vilayətlərində yüksək dəqiqlikli raketlərlə yanacaq çənlərini vurduqlarını bildirib.

1806440
Rusiya Müdafiə Nazirliyi bəyanat verib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Mikolayiv, Rivne və Ternopol vilayətlərində yüksək dəqiqlikli raketlərlə yanacaq çənlərini vurduqlarını bildirib.

Mətbuat katibi İqor Konaşenkov Ukraynada fevralın 24-dən davam edən müharibədə Rusiya hərbi birləşmələrinin əməlliyyatları ilə bağlı açıqlama verib.

Konaşenkov bəyan edib ki, Rusiya ordusunun Ukrayna hərbi infrastruktur obyektlərinə hücumları davam edir. Havadan yüksək dəqiqlikli raketlərlə Mikolayev vilayətinin Konstantinovka, Rivne bölgəsində Slavute və Ternopol şəhərlərində yanacaq anbarları vurulub. Bu anbarlardan Mikolayiv və Donetsk istiqamətində Ukrayna hərbi birləşmələrinə çatdırılırdı.

Balovnoe aviabazasına və Mikolayiv şəhəri yaxınlığındakı hücumlarda təyyarə parkına və onun yaxın anbarlarına zərbələr endirdiyini qeyd edən Konaşenkov Kiyev bölgəsindəki Vasilkov aviabazasına edilən hücumda Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə xəbərdarlığı və idarəetmə mərkəzinin sıradan çıxdığını bildirib. 

Rusiya Hərbi Hava Qüvvələrinin bir gündə 42 hərbi obyekti məhv etdiyini qeyd edən İqor Konaşenkov “Bu günə qədər Ukrayna ordusuna məxsus 386 pilotsuz uçuş aparatı, 224 hava hücumundan müdafiə raket sistemi, 1918 tank və zirehli texnika, 209 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 814 haubitsa və minaatan, 1789 xüsusi təyinatlı hərbi maşın məhv edilib” deyib.



Әlaqәli Xәbәrlәr