ABŞ-da Suriya böhranı müzakirə edilib

Ərəb Liqası, Avropa İttifaqı, Misir, Fransa, Almaniya, İraq, İordaniya, Norveç, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya və ABŞ nümayəndə heyətləri Suriya böhranını müzakirə etmək üzrə bir araya gəlib.

1789709
ABŞ-da Suriya böhranı müzakirə edilib

ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutan yığıncaqdan sonra nümayəndə heyətlərinin birgə bəyanatı yayılıb.

ABŞ Dövlət Departamenti tərəfindən yayılan birgə bəyanatda: “BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya böhranının bütün suriyalıların hüquqlarını qoruyacaq siyasi həll yolunun axtarılması qərarına sadiq dalmaqda davam edir”.

15 Mart 2011-ci il Suriya qiyamının 11-ci ildönümü yaxınlaşdıqca, Suriya xalqının yaşadığı qəbuledilməz zülmə və əziyyətə diqqət çəkilən açıqlamada həmçinin qeyd edilib ki, Ümummilli atəşkəsə və beynəlxalq humanitar hüquqa hörmət etmətlə yanaşılması eləcə də humanitar yardıma maneəsiz çıxışın vacib olduğu fikrrindən müdafiə edirik. Suriyanın birliyi və ərazi bütövlüyünə dəstəyimizi və terrorizmin bütün formalarına qarşı mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik.

BMT-nin xüsusi elçisi Geir Pedersenin səylərinə dəstəyin və Suriyada siyasi həllin tapılması üçün lazımi addımların atılmasının vacibliyinə diqqət çəkilən açıqlamada Suriya Konstitusiya Komissiyasının bu ay keçiriləcək yeddinci raund iclasından konkret nəticələrin əldə edilməsinin gözləyir, sözmövzusu ölkədə törədilmiş cinayətlərin araştırılmasına dair səylərin davam etməsini alqışlayır, Suriyalı qaçqınları qəbul etmiş ölkələrə yardımların davam etməsini istəyirik-deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr