Əfqanıstan-Pakistan sərhəddində qarşıdurma: ölənlər var

Əfqanıstanda nəzarəti ələ keçirən Taliban ilə Pakistan təhlükəsizlik qüvvələri arasında sərhəd qapısında qarşıdurma baş verib.

1785025
Əfqanıstan-Pakistan sərhəddində qarşıdurma: ölənlər var

Spin Boldak sərhəd-keçid məntəqəsində Taliban və Pakistan təhlükəsizlik qüvvələri arasında  baş verən qarşıdurmada bir nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Talibanın sözçüsü Zabihullah Mücahid sosial media hesabından bu barədə  məlumat yayıb. O qeyd edib ki, ilk atəş açan tərəf Pakistan qüvvələri olub və məsələ ilə əlaqəli  hər iki ölkə  rəsmiləri məlumatlandırılıb. Hazırda vəziyyət nəzarətdədir. Hadisənin hansı səbəbdən baş verdiyini hərtərəfli araşdıracağıq”.

 



Әlaqәli Xәbәrlәr