İsrail Suriyaya raket hücumu tәşkil edib

İsrail Suriyanın cənubundakı Quneytra əyalətində yerlәşәn bəzi hərbi məntəqələrə raket zәrbәlәri endirib.

1783528
İsrail Suriyaya raket hücumu tәşkil edib

Suriya rәsmi xəbər agentliyi SANA hərbi mənbəyə istinad etdiyi xәbәrdә İsrailin yerli vaxtla saat 00:30-da Quneytra əyaləti ətrafında rejim qüvvələrinə aid bəzi hərbi məntəqələrә qurudan-quruya raket zәrbәlәri endirdiyi hücum tәşkil  etdiyini bildirilib. Qeyd edilib ki, İşğal altındakı Qolan təpələrindən edilən hücum nəticəsində bәzi binalara ziyan dәyib.

Ölkənin cənubundakı Quneytra əyalətində İranın dəstəklədiyi xarici terror qruplaşmalara və Hizbullaha, eləcə də rejim ordusuna aid hərbi məntəqələr yerlәşir. İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və rejimә mәxsus hərbi məntəqələrә vaxtaşırı hücumlar təşkil edir. İsrail rəsmiləri ümumiyyətlə Suriya ərazisinə edilən hücumlar ilә әlaqәli  açıqlama  vermәkdә  imtina edirlәr.

Qeyd edәk ki, Fevralın 17-də Əsəd rejimi İsrailin Dəməşq ətrafında raket hücumu həyata keçirdiyini iddia edib. 



Әlaqәli Xәbәrlәr