Tunisdə çox sayda qeyri-qanuni miqrant xilas edildi

Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları  daşıyan gəmi aşıb.

1774484
Tunisdə çox sayda qeyri-qanuni miqrant xilas edildi

TRT-nin Tunis rəsmi xəbər agentliyi “TAP”-a  istinadən verdiyi  xəbərə görə, hadisə Şafaks əyalətinin sahillərində  baş verib. Aşan  gəminin  göyərtəsində  olan  qeyri -qanuni miqrantlardan 163-ü  ölkə  dəniz mühafizəçilərinin  əməliyyatı  nəticəsində  sağ xilas edilib. onların arasında  9 qadın və 16 uşaq olub.

Qeyd edək ki, Tunis və Liviya kimi Afrikanın şimalındakı ölkələr, Aralıq dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya çatmaq istəyən miqrantlar üçün çıxış nöqtələri olaraq bilinir. Hər il minlərlə qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur. Mühacirlərin bir qismi Avropaya çata bilsə də, bəziləri dənizdə ölür.



Әlaqәli Xәbәrlәr