Rusiya ABŞ və Aİ-nın təhdidlərinə cavab verib

Vasili Nebenzya ölkəsinin Ukraynanı işğal etmək niyyətində olmadığını bildirib və ABŞ ilə Avropa İttifaqının sanksiya təhdidlərinə cavab verib.

1772048
Rusiya ABŞ və Aİ-nın təhdidlərinə cavab verib

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilən mətbuat konfransında: “Rusiya Ukraynaya təcavüz etmək niyyətində deyil və və məsələnin diplomatik yollarla həllinin tapmasının tərəfdarıdır. Vəziyyət gözlənilmədən dəyişdi. Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə toplanması bölgədə baş verən hərəkətliliyin nəticəsi idi. İndi vəziyyət vətəndaş müharibəsinə doğru gedir və bizim üçün xüsusi əhəmiyyət kəsb edən diplomatik səylərə əsaslanaraq məsələni həll etməyə çalışırıq. Ukraynanın bəzi rəsmiləri Rusiyadan gələn qaçılmaz bir təhlükə görmədiklərini söyləyirlər, bilmirəm niyə onda eyni zamanda Rusiyanın gərginliyi artırtığını deyirlər”.

 



Әlaqәli Xәbәrlәr