“İran-ABŞ nüvə müzakirələrində ixtilaflar azalır”, Ə.Bakiri

Əli Bakiri Avstriyanın paytaxtı Viyanada edilən nüvə müzakirələrindən sonra məlumat verərək deyib...

1759479
“İran-ABŞ nüvə müzakirələrində ixtilaflar azalır”, Ə.Bakiri

 

  İran Xarici işlər nazirinin müavini Əli Bakiri nüvə müzakirələrində ixtilafların azaldığını söyləyib. O, Avstriyanın paytaxtı Viyanada edilən nüvə müzakirələrindən sonra məlumat verərək deyib: “Görüşlərdə sanksiyaların aradan qaldırılması ilə əlaqədar ixtilafların azaldığı müşahidə edilir. Müzakirələrdə irəliləmələr var."

  Xatırladaq ki, nüvə müqaviləsinin yenidən tam olaraq tətbiq edilməsi və Amerika Birləşmiş Ştatlarının razılığa gəldiyi görünən nüvə görüşləri Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın səlahiyyətli dövlət nümayəndələrin iştirakı ilə Viyanada təşkil edilir. Müzakirələrə bilvasitə qatılan ABŞ İranın müqavilədə yazılanlara geri dönməsi, rəsmi Tehran isə razılaşmadan ayrılan tərəf olaraq əvvəlcə Vaşinqtonun sanksiyaları qaldırmasını istəyir.



Әlaqәli Xәbәrlәr