ABŞ vətəndaşlarına çağırış edib ki Ukraynaya getməsinlər
ABŞ Dövlət Departamenti vətəndaşlarını Ukraynaya səyahət etməməyə çağırıb.
TRT xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi məlumat yayıb.
Bildirilib ki, xəbərdarlıq koronavirus pandemiyası və Ukraynada Rusiya təhdidinin artması ilə bağlıdır
“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı vacib bir hərbi hərəkat planlaşdırdığına dair xəbərlərin fərqində olmalıdır. ABŞ vətəndaşlarına xüsusən Ukrayna sərhədləri boyunca, Krımda və Rusiya tərəfindən nəzarət edilən şərqi Ukraynada təhlükəsizlik tədbirlərinin proqnozlaşdırıla bilməyən olduğu, hər an pozula biləcəyi xatırladılır”.
Xəbərdarlıqda həmçinin vurğulanıb ki, rus hərbi hərəkatının ola biləcəyi bölgələrdə və Rusiyanın nəzarətindəki Krım, Donetsk və Luqansk kimi ərazilərdə konsulluq xidmətləri də ciddi təsirə məruz qalır.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.