NATO Rusiyaya xəbərdarlıq edib

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi cəmləşməsi davam edir.

1748520
NATO Rusiyaya xəbərdarlıq edib

Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə bir araya gəldikdən sonra keçirilən birgə mətbuat konfransında: “Biz Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşun cəmləşdirmə fəaliyyətinin dayandığına ya da səngidiyinə dair əlamət görmürük. Əksinə sözmövzusu fəaliyyətlərin davam etdiyini müşahidə edirik. Rusiyanın bu cəhdinin heç bir məntiqli səbəbi yoxdur. Bu addımlar Avropanın təhlükəsizliyini təhdid edir. Sabitliyi pozur. Biz Rusiyanı diplomatiyaya qayıtmağa, gərginliyi azaldacaq addımlar atmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq”.



Әlaqәli Xәbәrlәr