Polşa jurnalistlərin Belarus sərhədinə daxil olmasına icazə verəcəyini bildirib

Polşada jurnalistlərin müəyyən şərtlərlə Belarus sərhədinə daxil olmasına icazə verən qanun layihəsi qəbul edilib.

1734516
Polşa jurnalistlərin Belarus sərhədinə daxil olmasına icazə verəcəyini bildirib

TRT xəbər verir ki bu barəd Polşa Baş nazirliyindən açıqlama verilib. Bəyanatda: “Hökumət ölkə sərhədlərinin mühafizəsi ilə bağlı qanunu yenidən tənzimləyib. Sərhədlərin daha effektiv mühafizəsini nəzərdə tutan yeni əsaslara görə jurnalistlərin müəyyən şərtlərlə Polşa-Belarus sərhədinə daxil olmalarına icazə veriləcək”. Açıqlamada iki ölkənin sərhədində Avropaya köçmək istəyən insanların yaratdığı təzyiqlərin davam etdiyi xatırladılaraq, Belarusun məsələyə dair münasibətinə diqqət çəkilib. Tənzimləmə ilə sərhədçilərin təhlükəsizliyinin də artacağı və jurnalistlərin xüsusi şərtlərlə sərhəd bölgəsində işləyə biləcəyi vurğulanıb.

Parlamentin sözçüsü Ryszard Terlecki də bildirib ki, milli mediaya mənsublarının sərhəddə daxil olmalarına icazə verilsə də, regional mediaya nümayəndələri əraziyə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, Avropa ölkələrinə getmək istəyən immiqrantların Belarusdan Polşaya keçməyə cəhd etmələriylə yaranan gərginlik səbəbilə bölgədə fövqəladə vəziyyət elan edən Varşava, jurnalistlərin və qeyri-hökumət təşkilatlarının bölgəyə daxil olmalarına icazə vermirdi.



Әlaqәli Xәbәrlәr