PKK/YPG üzvü daha 13 terrorçu zərərsizləşdirilib
Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əmnəliyyatı ilə terrorçulardan təmizlənmiş bölgədə separatçı terror təşkilatı PKK/YPG üzvü daha 13 terrorçu zərərsizləşdirilib.
1704542
Milli Müdafiə Nazirliyinin (MMN) sosial media hesabında bu barədə məlumat yayılıb. Açıqlamada: “Qəhrəman hərbçilərimiz terrorçulara daha bir ağır zərbə endirib. Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı ilə quldurlardan təmizlənmiş əraziyə hücum təşkil etməyə hazırlaşan PKK/YPG üzvü daha 13 terrorçusu, Türk Silahlı Qüvvələrimizin uğurlu müdaxiləsi nəticəsində zərərsizləşdirilib”.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.