Beynəlxalq Əfv Təşkilatının Suriyaya dair hesabatı

Suriyada Bəşər Əsəd rejiminin təhlükəsizlik axtarışı məqsədilə ölkə xaricinə çıxdıqdan sonra ölkəyə qayıdan suriyalıları saxladığı, onlara cinsi zorakılıq da daxil olmaqla işgəncə verdiyi açıqlanıb.

1704230
Beynəlxalq Əfv Təşkilatının Suriyaya dair hesabatı

Suriyada Bəşər Əsəd rejiminin təhlükəsizlik axtarışı məqsədilə ölkə xaricinə çıxdıqdan sonra ölkəyə qayıdan suriyalıları saxladığı, onlara cinsi zorakılıq da daxil olmaqla işgəncə verdiyi açıqlanıb.

Beynəlxalq Əfv Təşkilatı tərəfindən yayılan "Ölümünə gedirsən" adlı yeni hesabatda Suriyada Əsəd rejimi tərəfindən 2017-ci ilin ortalarından 2021-ci ilin yazına qədər Livan, (Suriya və İordaniya sərhədində) Rukban, Fransa, Almaniya, Türkiyə, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ)) Suriyaya qayıdan qaçqınlara qarşı ciddi insan hüquqları pozuntuları sənədləşdirilib.

Hesabat ölkəyə qayıdanlar ilə qohumları və dostlarının da aralarında olduğu 41 suriyalı ilə yanaşı hüquqşünaslar, humanitar işçilər və Suriya mütəxəssisləri aparılan danışıqlara əsaslanır.

Rejimin kəşfiyyat qruplarının ölkəyə qayıdan 13-ü uşaq olmaqla 66 nəfərə qarşı dəhşətli pozuntular törətdiyi sənədləşdirilən hesabatda bu pozuntular arasında 5 nəfərin Suriyaya qayıtdıqdan sonra saxlanıldığı və həbsdə öldüyünə diqqət çəkilib. İtkin düşən 17 nəfərin taleyi isə məlum deyil.

Beynəlxalq Əfv Təşkilatı Qaçqın və Mühacir Hüquqları Araşdırıcısı Marie Forestier silahlı qarşıdurmaların azalmasına baxmayaraq, Əsəd rejiminin dəhşətli insan hüquqları pozuntularına meylinin azalmadığını ifadə edərək, "Bir çox suriyalını təhlükəsizlik axtarışı ilə ölkə xaricinə getməyə vadar edən İşgəncələr, zorla yoxa çıxmalar, özbaşına və ya qanunsuz həbslər bu gün Suriyada hər zamankı kimi yaygındır" ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr