Həmid Kərzai Beynəlxalq Hava Limanına növbəti dəfə raket hücumu təşkil edilib

Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanı yaxınlığındakı bir məhəlləyə 5 raket düşüb.

1699587
Həmid Kərzai Beynəlxalq Hava Limanına növbəti dəfə raket hücumu təşkil edilib

TRT-nin Əfqanıstan mediasına istinad etdiyi xəbərə görə Həmid Kərzai Beynəlxalq Hava Limanına raket hücumu təşkil edilib. Raketlər paytaxtın Səlim Karvan rayonuna düşüb. Bildirilir ki, şiddətli partlayışlardan sonra silah səslərinin eşidildiyi rayondan insanlar qaçır. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Hadisə nəticəsində yaralı sayı və insan itkisinə dair məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr