Taliban: “Hədəfə bu qədər tez çatacağımızı gözləmirdik”

Bunu Talibanın Siyasi Bürosunun rəhbəri Molla Abdul Qani Birader deyib.

1691809
Taliban: “Hədəfə bu qədər tez çatacağımızı gözləmirdik”

Molla Abdul Qani Birader, Talibanın paytaxt Kabil başda olmaqla Əfqanıstanın bütövünə nəzarətin ələ keçirildiyinə dair açıqlamasında: “Belə bir zəfərə bu qədər tez və asan çatacağımızı gözləmirdim, lakin indi məsuliyyətimizin daha da artı. Ölkə xalqı xidmət gözləyir. Təhlükəsizliyin bərpası və həyat şərtlərinin yaxşılaşdırılması baxımındoan əhəmiyyətli imtahandan keçirik. Xalqımız, onların həyatlarını və gələcəklərini qoruyacağımıza inanmalıdır”.

Talibanın Siyasi Bürosunun sözçüsü Muhamməd Naim de Kabildə səfirliklər, diplomatik missiyalar və xarici vətəndaşlar üçün təhlükə olmadıqlarını, ölkə daxilində təhlükəsizliyi bərpa edəcəklərini qeyd edib.

Xatırladaq ki, Talibanın paytaxt Kabilə girməsilə, bir çox ölkə nümayəndəliklərindəki işçilərini və bu ölkədəki vətəndaşlarını çıxarmaq üçün hərəkətə keçib. ABŞ Dövlət katibliyi Kabil səfirliyindəki bütün personalın etibarlı şəkildə Həmid Kərzai hava limanına transfer edildiyini açıqlayıb. Almaniya Xarici işlər Naziri Heiko Maas da, Kabildəki səfirlik personalının çıxarılması ilə əlaqəli işlərə başlandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr