Kabil Beynəlxalq Hava Limanında 5 nəfər həyatını itirdi

Əfqanıstanda ölkəndən çıxmaq istəyən minlərlə vətəndaşın axışdığı Kabil Beynəlxalq Hava Limanında 5 nəfər həyatını itirdi.

1692000
Kabil Beynəlxalq Hava Limanında 5 nəfər həyatını itirdi

Taliban hərəkatı qüvvələri ötən gün Əfqanıstanın paytaxtı Kabilə girərək prezident aparatına və ictimai binalara nəzarəti ələ keçirdikdən sonra şəhərdə yaranan çaxnaşma davam edir. Minlərlə insanın axışdığı və uçuş zolağında toplaşdığı Kabil Hava Limanında 5 nəfər həyatını itirib. Qurbanların ölümünə Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərləri tərəfindən açılan atəş və ya izdihamın səbəb olduğu konkret olaraq bilinməsə də ABŞ əsgərlərinin səhər radələrində sıxlığın artmağa başladığı Hava limanında uçuş-enmə zolağında toplaşanları səhədən çıxarmaq üçün atəş açdıqları qeyd edilir.

Taliban hərəkatı qüvvələri isə Kabil Beynəlxalq Hava Limanına gedərək uçuş olmayacağını açıqlayıblar və hər kəsə evlərinə qayıtmağı tövsiyə ediblər. Bölgədən əldə edilən məlumata görə quru yolu ilə başqa əyalətlərə getmək istəyənlər də nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirlər.



Әlaqәli Xәbәrlәr