İraqın Kərbəla Bələdiyyə sədrinə sui-qəsd edilib

İraqın Kərbəla Bələdiyyə Başçısı Əbir əl-Hafacı sui-qəsd nəticəsində həyatını itirib.

1689335
İraqın Kərbəla Bələdiyyə sədrinə sui-qəsd edilib

Kərbəla şəhəri icra hakimiyyətindən sui-qəsd ilə əlaqəli açıqlama yayılıb. Qeyd edilib ki, Bələdiyyə Başçısı Hafaci şəhərdəki qanunsuz tikililərin sökülməsi ilə əlaqədar aparılan işlərə nəzarəti zamanı məruz qaldığı silahla hücum nəticəsində həyatını itirib. Şərhdə sui-qəsd cinayətkarlarının kimlər olduğuna dair konkret məlumat olmadığı, istintaqın davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr