İran: “ABŞ, İngiltərə və İsrail regionda qeyri-sabitlik yaradır”

ABŞ, İngiltərə və İsrail regionda qeyri -sabitlik yaradır, bunu İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

1689397
İran: “ABŞ, İngiltərə və İsrail regionda qeyri-sabitlik yaradır”

TRT-nin İran dövlət mediasına istinad etdiyi xəbərinə görə Şəmxani ölkəsində səfərdə olan İraqın Xarici işlər naziri Fuad Hüseynlə paytaxt Tehranda bir araya gəlib. Regiondakı gərginlik və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu görüşdə Şəmxani ABŞ əsgərlərinin bölgədə olmasının təhlükəli olduğunu bildirib. Vaşinqton rəhbərliyinin bölgə ölkələrinin daxili işlərinə müdaxilə etdiyinə diqqət çəkib. Bu vəziyyətin davam etməsi halında bölgədə gərginliyin tarıma çəkiləcəyini, ABŞ, İngiltərə və Sionist rejimin (İsrail) izlədiyi siyasətin bölgədə qeyri -sabitlik yaratdığını, Fars körfəzindəki ölkələr arasında anlaşılmazlıqlara səbəb olduğunu, ölkəsi əleyhinə atılan qəbul edilməz addımlara lazımlı cavabı verməkdə hazır olduqlarını vurğulayıb. İrana qarşı silahlı mübarizə aparan qruplaşmaların İraq Kürd Regional Hökumətinin himayəsində olduqlarını xatırladıb və Bağdad rəhbərliyindən bunların bölgədən çıxmaları üçün lazımlı addımları atmasını istəyieb.

İraq xarici işlər naziri Hüseyn isə İranın təhlükəsizliyini ölkə ərazisindən təhdid edən hər hansı bir hərəkata qarşı güclü mübarizə aparacaqlarını vəd edib. İraqın İrana borcunun ödənilməsində yaşanan problemlərin tədricən həll edildiyini ifadə edən Hüseyn, İranın yeni hökumətilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr