İsrail tәhlükәsizlik  qüvvәlәrinin hücumunda fәlәstinlilәr yaralanıb

İsrail qüvvələrinin işğal olunmuş İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqını  nәticәsindә 6 fələstinli yaralanıb.

1684742
İsrail tәhlükәsizlik  qüvvәlәrinin hücumunda fәlәstinlilәr yaralanıb

TRT-nin Fələstinin “VAFA” agentliyinә istinad  etdiyi  xәbәrinә  görә  “Mustaribin” adı ilə tanınan İsrail mülki polisləri gecə radәlәrindә Cenin şəhərindəki sənaye bölgəsinə  basqın  ediblәr.  Buna reaksiya verәn bir qrup  Fələstinli  ilә  İsrail qüvvələri arasında toqquşma  baş verib. Nәticәdә  biri ağır olmaqla 6 fələstinli  yaralanıb.

İsrail Sərhəd Polis  idarәsindә  yayılan  açıqlamada isә  İsrail qüvvələrinin Cenin şəhərinə nəzarət səbəbiylə baş çәkdiklәri  әsnada   Fәlәstinlilәrin  hücumuna  mәruz  qaldıqları qeyd  edilib. 

Xatırladaq ki, işğal altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdəki evlərə tez -tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri  nәzarәtә götürür.



Әlaqәli Xәbәrlәr