Pakistanın keçmiş prezidenti dünyasını dəyişdi

Pakistanın 12-ci prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat etdi.

1675566
Pakistanın keçmiş prezidenti dünyasını dəyişdi

Yerli mediadanın Hüseyinin oğlu Arsalan Memnuna istinad etdiyi  məlumata görə  keçmiş prezident Məmnun Hüseyn bir ildir xərçəng xəstəliyindən müalicə alırdı. O Karaçidəki bir xəstəxanada dünyasını dəyişib.

23 noyabr 1940-cı ildə Hindistanın Aqra şəhərində anadan olan Hüseyn, siyasi həyatına 1969-cu ildə başladı. Karyerasında Sind əyalətinin qubernatorluğu daxil olmaqla yüksək səviyyəli vəzifələr tutan Hüseyn, 2013-2018-ci illər arasında ölkəsinə 12-ci prezident olaraq xidmət etdi.



Әlaqәli Xәbәrlәr