Cəbəl- Əli Limanında güclü partlayış olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Cəbəl -Əli Limanında güçlü partlayış baş verib.

1671806
Cəbəl- Əli Limanında güclü partlayış olub

Səbəbi hələ bilinməyən partlayış Cəbəl-Əli limanında lövbər salmış gəmidə baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Partlayışdan sonra başlayan yanğın sürətlə nəzarətə alınıb. Soyutma işləri davam edir.

Limana yaxın mənbələrdən əldə edilən məlumata görə partlayışın təsirindən binalar sarsılıb.

BƏƏ-nin ən əhəmiyyətli limanlarından hesab edilən Cəbəl- Əli Limanı, Dubay şəhər mərkəzindən 30 kilometr məsafədə yerləşir.

 



Әlaqәli Xәbәrlәr