Bağdadda ABŞ səfirliyinin yerləşdiyi əraziyə raket atılıb

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Zonaya raket yağdırılıb.

1671831
Bağdadda ABŞ səfirliyinin yerləşdiyi əraziyə raket atılıb

İraq hökumətinin mətbuat xidmətindən yayılan açıqlamada: “ Raket hücumu gecə radələrində təşkil edilib. Hücum zamanı əraziyə üç Katyuşa raket atılıb. Hadisəni törədənlərin tutulmaları üçün genişmiqyaslı istintaq başladılıb”.

Qeyd edək ki, İraqda ABŞ əsgərlərinin də istifadə etdikləri Anbar və Ərbil şəhərlərindəki bazalara raket və partlayıcı yüklənmiş pilotsuz uçuş təyyarələrlə təşkil edilən hücumların Şiə milis qüvvələri tərəfindən törədildiyi irəli sürülmüşdü.

 



Әlaqәli Xәbәrlәr