Türkiyə Rusiyaya başsağlığı verdi

Rusiya Fövqəladə Hallar Nazirliyi, ilkin təyin etmələrə görə, düşən AN-26 tipli sərnişin təyyarəsində bütün sərnişinlərin həyatını itirdiyini bildirib

1671067
Türkiyə Rusiyaya başsağlığı verdi

 

  Rusiyanın Kamçatka bölgəsində içində 28 adamla düşən təyyarədə qurtulan olmadığı açıqlanıb.

  Rusiya Fövqəladə Hallar Nazirliyi, ilkin təyin etmələrə görə, düşən AN-26 tipli təyyarədə bütün sərnişinlərin həyatını itirdiyini bildirib.

  TASS xəbər agentliyi AN-26 tipli Rusiya təyyarəsinin enişə hazırlanarkən hava nəzarət mərkəziylə təmasını itirdiyini yazıb.

  Təyyarədə 22 sərnişin və 6 personal olub.

  Vertolyot və təyyarələrlə bölgədə axtarma-qurtarma işləri başlanılıb, Palana kəndinin 4 km. məsafəsində bir dağıntı təsbit edilib. İtkin təyyarənin rotası üzərində olduğu üçün dağıntının bu təyyarəyə aid olduğu bildirilir.

  Qəzanın səbəbinin əlverişsiz hava şərtləri və ya pilot səhvi olub-olmaması ehtimalları araşdırılır.

  Türkiyə Rusiyanın təyyarə qəzasıyla əlaqədar başsağlığı verib. Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı şərhdə bildirilib: "Dost Rusiya Federasiyası xalqının kədərini paylaşır, bu qəzada həyatını itirənlərin ailələrinə və ölkəyə başsağlığı veririk."



Әlaqәli Xәbәrlәr