İraqda hərbi baza raket atəşinə tutulub, yaralılar var

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqın “Əyn əl-Əsəd” hərbi bazası raket atəşinə tutulub.

1671500
İraqda hərbi baza raket atəşinə tutulub, yaralılar var

İraqın Anbar vilayətində yerləşən həmin hərbi bazaya ən az 14 raket atılıb. Bazanın yerləşdiyi Əl-Bağdadi bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb, hücumu törədəndlərin axtarışı davam edir.

3 nəfərin yaralandığı raket hücumunu kimlərin təşkil etdiyi və ya hücuma cavab verilib verilmədiyinə dair məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr